
ABŞ prezidenti Donald Trampa tanrı kimi ibadət edən hindli fermer Bassa Krişna həyatının ən yaxşı çağında ölüb.
Qaynarinfo xəbər verir ki, "The New York Times” qəzetinin yazdığına görə, bu kədərli sonluğa Telingana sakininin öz kumirindən ötrü həddən artıq narahatlıq keçirməsi səbəb olub. Hindistanlı öz "tanrısının" COVID-19-a yoluxduğunu öyrəndikdən sonra yeməkdən imtina edib və depressiyaya düşüb. Bununla belə, Bassa Krişna aclıqdan yox, ürək tutmasından ölüb. Bu haqda ailəsi bildirib.
"Krişnanın ölümünün aclıq etməsiylə bağlı olduğuna dair heç bir dəlil yoxdur", - nəşr vurğulayır. Məqalədə qeyd olunur ki, 40 yaşın altında olan kişi "hamını" Trampın sağlamlığı üçün dua etməyə çağırıb.
Öz həyətində Trampın şərəfinə məbəd tikdirən fermer bütün ölkədə məşhurlaşıb. Krişna öz müqəddəs məbədində Amerika liderinin heykəlini quraşdırıb və hinduizmin tələblərinə uyğun olaraq ona qurbanlar kəsib.
Donald Trampın Hindistandakı dəstəyi seçildikdən dərhal sonra 16% olduğu halda, indi 56%-dir.
Alpər