Hindistanda son dövrlər geniş vüsət almış QİÇS və HİV virusunun fahişələr vasitəsi ilə yayıldığı sirr deyil. Qaynar.info-nun məlumatına görə, aparılan araşdırma zamanı HİV virusunun 50 faizinin fahişəхanalardan yayıldığı müəyyənləşib.
Artıq hökumət bunun qarşısını almaq üçün fahişəхanalarda çalışan qadınları nəzarətə götürməyə çalışır. Amma aclıq və səfalətin hökm sürdüyü ölkənin kənar məhəllələrində seks işçilərinin qarşısını almaq mümkün olmur. Hətta şəhərlərdə köhnə evlərin dağılmış otaqları da fahişəхana kimi istifadə olunur.