Xəbər lenti

Honkonq hökuməti geri addım atdı
Dünya08:45 04.09.2019

Honkonq hökuməti geri addım atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Honkonq rəsmiləri ekstradisiya qanununu geri çəkir.
Qaynarinfo South China Morning Post-a istinadən xəbər verir ki, bu barədə Honkonq rəhbəri Kerri Lam açıqlama ilə çıxış edib. Qanunun müzakirəsi və qəbulundan rəsmi şəkildə imtina ediləcək.
Qeyd edək ki, Honkonqda cinayətkarların Çinə təhvil verilməsini nəzərdə tutan ekstradisiya qanunu əleyhinə etirazlar aylardır davam edir. Qanun layihəsi 3 apreldə parlamentə təqdim edilib. Müxalifət və əhali isə qanunun Honkonqu Çindən daha da asılı vəziyyətə salacağını bildirərək etirazını bildirir. Nümayişlərdən sonra qərar təxirə salınsa da, aksiyaların dayanması üçün kifayət etmədi.
Gülşən