
Fildişi Sahillərinin Qrand Bassam şəhərində yerləşən otellərə iki gün əvvəl hücum təşkil edən Əl-Qaidə terrorçularının pivə içdiyi məlum olub.
18 nəfərin həyatını itirdiyi hücum qərbi Afrikaya son dörd ayda təşkil edilən üçüncü hücumdur.
Məlumata görə, hadisənin şahidi olan barmen Kristian Edi dörd terrorçunun bara gəldiyini, ikisinin qapıda gözlədiyini, ikisinin isə yarım saat müddətində pivə içdiyini bildirib.
Bardan çıxdıqdan sonra otelə hücum etdiklərini deyən barmen “Fransızca deyil, ərəbcə danışırdılar. Mən onlarla ingiliscə danışdım. Bayırda olanlar atəş açdılar, içəridəkilər isə təkbir gətirərək, stolu dağıtdı” sözlərini qeyd edib. (musavat.com)
Qaynar.info