Xəbər lenti

Hulusi Akar Azərbaycan xalqına təşəkkür etdi:
Siyasət 11:34 08.01.2023

Hulusi Akar Azərbaycan xalqına təşəkkür etdi: "Nargin adasında..."

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıkamış şəhidlərinin Anım Günü ilə bağlı mesaj yayımlayıb.

Qaynarinfo xəbər verir ki, Akar bəyanatında Azərbaycan xalqına təşəkkür edib.

Türkiyənin milli müdafiə naziri qeyd edib ki, əsgərlərin ağır qış şərtlərində Sarıkamışda şəhidlik mərtəbəsinə yüksəlməsi yaddaşlarda dərin izlər buraxıb, cəsarətləri və fədakarlıqları daim hörmət və minnətlə anılacaq: 

"Sarıkamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin (Böyük Zirə-red.) adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə köməkliyi ilə "bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqını hörmət və ehtiramla yad edirik”.

Eyni zamanda, müdafiə naziri Türkiyənin başda Şimali Kipr Türk Respublikası (ŞKTR), Azərbaycan və Liviya olmaqla "dost, qardaş və müttəfiqlərinin haqlı davasına dəstəyini” davam etdirdiyini vurğulayıb.

Qeyd edək ki, Sarıkamış Hərəkatının 108-ci ildönümüdür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->