Xəbər lenti

Hülya Avşar Kılıçdaroğlunu bağışladı - Ərdoğanla görüşdən sonra
Dünya20:01 27.07.2016

Hülya Avşar Kılıçdaroğlunu bağışladı - Ərdoğanla görüşdən sonra

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyəli müğənni Hülya Avşar CHP lideri Kamal Kılıçdaroğlunu bağışlayıb.
 
CHP liderinə təhqirdən dolayı 100 min lirəlik mənəvi təzminat davası açan sənətçi şikayətindən vaz keçib.
 
O, bu barədə sosial şəbəkədə yazıb: “Yetər ki, birlik, bərabərlik olsun. Mən də Kılıçdaroğluna qarşı açdığım davadan imtina edirəm. Kılıçdaroğlu və digər partiyaların liderlərinə birlik və bərabərlik üçün təşəkkür edirəm”.
 
Xatırladaq ki, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlu və MHP lideri Dövlət Baxçalı ilə görüşmüşdü. (qafqazinfo)
Qaynarinfo.Az