
Ötən gün paytaxt məkanlarının birində tanınmış tarzən Humay Qədimova 30-cu doğum gününü qeyd edib.
İfaçı özəl gününə şou-biznesin bir çox məşhurlarını dəvət etmişdi. Gələnlər arasında Əməkdar artist Baloğlan Əşrəfov da var idi. Əşrəfov Humayın öz sahəsindəki peşəkarlığından bəhs edib. Gecə saatlarına qədər davam edən ad gününə gələnlərin ard-arası kəsilməyib.
Qaynarinfo.az Qədimovanın doğum günündən özəl fotoları təqdim edir.








