Xəbər lenti

“Hürriyyət” girovları azad etmək üçün HƏMAS-ın şərtlərini öyrəndi
Dünya13:21 13.10.2023

“Hürriyyət” girovları azad etmək üçün HƏMAS-ın şərtlərini öyrəndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fələstinli HƏMAS qruplaşması, İsrailə hücum zamanı əsir götürülən girovların azad edilməsi məsələsi ilə bağlı İsrail həbsxanalarında başda qadın olmaqla fələstinli məhbusların saxlanması məsələsini gündəmə gətirib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Hürriyet” mənbələrə istinadən yazır .
"Dünya ictimaiyyəti müxtəlif ölkələrdən olan qadın əsirlərin HƏMAS tərəfindən saxlanmasından danışır, lakin İsrail həbsxanalarında cinayətləri məlum olmayan və HƏMAS döyüşçüsü olmayan qadınlar var”, - deyə kanalın mənbələri qrupun mövqeyini izah ediblər.
HƏMAS həmçinin İsrailin hərbi əməliyyatına ən azı dərhal son qoyulmasını tələb edir ki, məhbus mübadiləsi müddətində atəşkəs elan edilsin. Qrup təklif olunan mübadilə planına 5 minə yaxın kişi və qadını daxil edib.
Nəşrin məlumatına görə, bir çox dövlətlər, o cümlədən Qərb dövlətləri girovların azad edilməsinə kömək etmək istəyi ilə Türkiyəyə müraciət edib. Türkiyə ilk növbədə qadınların köçürülməsi ilə başlayacaq məhbusların mərhələli şəkildə mübadiləsini istisna etmir.
Alpər