Xəbər lenti

Hüseyn Dəryanın qızından ürəkdağlayan sözlər - VİDEO
Maqazin09:10 29.06.2015

Hüseyn Dəryanın qızından ürəkdağlayan sözlər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ayşə atasının 40 yaşını "Günə Baxan" da andı.

Bu gün mərhum reper Hüseyn Dəryanın 40 yaşı tamam olur. ANS PRESS-in məlumatına görə, qəza nəticəsində vəfat edən reeperin həyat yoldaşı və qızı Ayşə “Günə Baxan”nın qonağı olub.

Ailəsi Dərya haqqında xatirəlrini bölüşüb. Qızı Ayşə atasının ikinci ad gününü də onsuz keçirdiyi üçün çox kədərləndiyini deyib. O atasını həmişə yaxşı, ürəyiaçıq, mehriban bir insan və reper kimi xatırlayacağını deyib. 

“Mən inanıram ki o cənnətdə oturub bizə baxır. Mən onu çox istəyirəm. Heyif ki, bizdən ayrıldı. Artıq yoxdur və birdə olmayacaq. Amma hər zaman qəlblərdə yaşayacaq".

Ayşə verlişdə atasının ad günündə ona həsr etdiyi şeri səsləndirdi:

Bir atam vardı, adı-Hüseyin Dərya 

Adı da Dərya, özü də Dərya.

O mənim atam, həm də canım idi, 

Xalqın sevimlisi, həm də xalqın-oğlu idi.

Can Vətən- oxudu mənim atam 

Əhli-beyit dedi, mənim atam.

Ya Allah-dedi, Ya Hüseyin dedi

Ziyarətə getdi mənim atam. 

Olum ya ölüm dedi

Qarabağa getdi, Vətən üçün döyüşdü, 

Vətən üçün vuruşdu mənim atam. 

Allah verdi sənə ikinci nəfəs, 

Bu həyatda doymadım sənə mən

Aldım səndən bir gecə bəd xəbər, 

Ürəyim yandı, gözlərim doldu 

Dünya gözlərimdə saraldı-soldu. 

Görüşdük səninlə o son gecədə 

Aldın son nəfəsini mənim yanımda, 

Sızlayan canına, ağrıyan canına

Qurbanam hər zaman, qurbanam ata.

Dəryam – biz səni Allaha əmanət etdik

Nurlar içində yatasan, atam-Dəryam. 

Rep ifaçısı H.Dərya 2014-cü ilin mart ayında düşdüyü avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Qaynar.info