Xəbər lenti

Husilər Yəməndə uşaqlardan əsgər kimi istifadə etməyə başladı (FOTO)
Dünya08:59 05.06.2022

Husilər Yəməndə uşaqlardan əsgər kimi istifadə etməyə başladı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Husi qubernatoru Məhəmməd əl-Baxtiti Yəmənin Dammar şəhərindəki yeganə stadionu yəmənli uşaqların döyüş meydanlarına göndərilməsi məqsədilə hərbi təlimləri üçün kazarmaya çevirib. 
Qaynarinfo bu barədə Al-Arabiya agentliyinə istinadən xəbər verir.
Husilərin yeni yayımlanan videosundab görünür ki, İranla bağlı terrorçu qruplaşma Yəmən uşaqlarını  muharibəyə göndərir. Onlar yetərincə hərbi təlim keçmədən, bəzən zorla döyüş bölgələrinə cəlb olunur.  
Məlumata görə, döyüşə göndərilən uşaqlardan bəziləri hətta 10 yaşına çatmayıb.
Yerli mətbuatın məlumatlarına görə, Dammardakı stadion 10-15 yaşınadək uşaqlar  üçün kazarmaya çevrilib. 
Yəmənin informasiya naziri Muhəmməd əl Riyani deyib ki, Birləşmiş Millətlər Təşkilatının bəyan etdiyi atəşkəsə və onun daha iki ay uzadılmasına baxmayaraq, Husilərin nəzarəti altında olan rayonlarda uşaqların hərbi hazırlığa,  müharibəyə cəlb olunması qəbul olunmamalıdır.
Qeyd edilir ki, BMT və eləcə də UNİSEF təşkilatı dəfələrlə  uşaqlardan hərbi sahədə istifadə edilməməsi üçün Husilərə xəbərdarlıq edib.
M.Arif