İranın sabiq prezidenti İbrahim Rəsinin xanımı Cəmilə Alamolhoda ərinin ölümündən sonra ilk dəfə müsahibə verib.
Qaynarinfo xəbər verir ki, sabiq birinci xanım RT nəşrinə danışıb.
O, müsahibəsində deyib ki, Qərb mediası İran üçün "dəhşətli, qorxulu görüntü, inkişaf etməmiş aurası" yaradıb.
Rəisinin dul qadınının sözlərinə görə, Qərb məqsədli şəkildə iranlı gəncləri və qadınları hakimiyyətə qarşı qızışdırır:
"Amerikalılar hər kəsi öz qaydalarına uyğun standartlaşdırmaq və onları bu çərçivələrə yerləşdirmək istəyirlər. Bunu qəbul etməyən hər kəsi, o cümlədən biz iranlıları təqib edirlər".
Qeyd edək ki, Rəisinin helikopteri mayın 19-da qəzaya uğrayıb. Avqustun 21-də Fars agentliyi İranın xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən xəbər verib ki, İran Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanı başa çatdırıb və hadisə qəza kimi tanınıb.
Aydın
Şərhlər