"Brilyant əl" kino-komediyasında epizodik rolu ilə məşhurlaşan sovet kino aktrisası Serafima Xolina ciddi xəstəlikdən əziyyət çəkir. 96 yaşlı aktrisaya qızı Lüdmila baxır.
Qaynarinfo xatırladır ki, Xolina 1923-cü ildə Moskvada anadan olub və müharibə zamanı "Vladimir İliç” zavodunda tornaçı işləyib. 1944-cü ildə Yuliya Raizmanın Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda Yuli Rayzmanın kursuna qəbul olunub. Orada sonralar məşhur aktyor olacaq tələbə Oleq Qolubitski ilə tanış olub. Aktoyrla ailə həyatı qurub və 1995-ci ildə onun ölümünə qədər birlikdə yaşayıblar.
Xolina Film aktyorlarının Teatr Studiyasında tamaşalarda oynayıb, dublyajda çalışıb, Sofi Loren, Monika Vitti də daxil olmaqla dünyanın ən məşhur aktrisalarından bir çoxunu səsləndirib
.
Ancaq onu əsil ulduza çevirən "Brilyant əl” filmində oynadığı kiçik bir epizod olub.
İndi Xolina demək olar ki, görmür. Qızı Lüdmila bu barədə "StarHit” portalına deyib:
"Hə, üstəlik indi də başında problem var - Alzheimer xəstəliyindən əziyyət çəkir".
Lüdmila əlavə edib ki, ailəsi özü öz öhdəsindən gəldiyinə görə hökumətdən kömək istməkdən imtina ediblər.
Alpər