Xəbər lenti

İçki sonrası əzginlikdən xilas olmağın 5 Yolu
Dünya07:36 13.03.2017

İçki sonrası əzginlikdən xilas olmağın 5 Yolu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İçki içənlərin bəlkə də ən böyük problemi səhər oyananda yaşadıqları baş ağrısıdır. 

Bundan xilas olmaq istəyənlər üçün dünyanın fərqli yerlərində istifadə olunan üsullar var. Əgər siz də bəzən içki içməyi sevir, lakin başağrılarına və əzginlik hissinə görə bu fikirdən yayınırsınızsa, aşağıdakı tövsiyələr sizə kömək edəcək. 

Xiyar və soğan turşusu

Xiyar turşusu və soğan içkiSəhər oyanan kimi ac qarına xiyar turşusu və soğan turşusu yeyin. Qədim alman üsulu olan bu metod, “poxmel”dən xilas olmağın effektiv yollarından biri hesab edilir.

Tomat suyu

Pomidor soku (Tomat suyu)Monqol ənənəsində axşamdan qalmaz əzginliyə qarşı tomat suyu içməyi tərcih edirlər. İçkili bir gecədən sonra mütləq yoxlayın.

Qumun möcüzəsi

Qumun möcüzəsiƏn qəribə üsulu əlbəttə ki, irlandlar seçib. Onların içki ilə olan münasibətini biləndə, effektiv olduğuna şübhə olmur. İrlandiyalılar içkili günün səhəri özlərini boğaza qədər quma basdırır. Yay aylarında mütləq yoxlamaq lazımdır!

Limon

LimonBu üsul digərlərindən çox fərqlənir və effektivliyinə əmin olmaq bir az çətindir. Puerto Rikolular bu əzginlikdən xilas olmaq üçün qoltuq altına limon sürtərək intoksikasiyanı aşağıya salır.

Xiyar və pomidor turşusunun suyu

Xiyar və pomidor turşusunun suyuSon olaraq xiyar və pomidor turşusunun suyunun faydasından danışa bilərik. İçki sonrası əzginlikdən xilas olmaq üçün ən effektiv yolldardan biridir. Əgər bu günə qədər yoxlamamısınızsa, mütləq növbəti əyləncənizdən sonra yoxlayın.

Qaynar.Az

Mənbə: Pahoo.Az