Suriyanın İdlib əyalətinin sakinləri M-4 yolunun patrulunda iştirak edən Rusiya və Türkiyə zirehli maşınlarını daşa basıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiyanın Mk.ru saytı məlumat yayıb.
Məlumatda deyilir ki, ayrıca, Türkiyə Silahlı Qüvvələrinin əsgərləri etirazçıları dağıtmaq üçün dayandıqları zaman naməlum şəxslər hərbçilərə kustar bombalar atıblar.
Partlayışda xəsarət alan olmayıb.
Alpər