Xəbər lenti

İdman 15:24 07.03.2023

İdmançıları daşıyan avtobus "Kamaz"la toqquşdu - 2 nəfər xəsarət aldı (YENİLƏNİB)

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, 2 nəfər xəsarət alıb.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində "Mercedes” markalı avtobusla yük avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.
 
 14:56

"Mingəçevir” futbol klubunun avtobusu qəzaya uğrayıb.
 
Peşəkar Futbol Liqasından Qaynarinfo-ya verilən məlumata görə I Divizionun 20-ci turu çərçivəsində "Şamaxı-2” ilə səfər oyununa gedən "Mingəçevir"in avtobusu yolda avtomobil qəzasına uğrayıb.
 
Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur. Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan "Şamaxı-2” – "Mingəçevir” görüşü təxirə salınıb.
 
Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?