Azərbaycan idmançıları Özbəkistanın Andijan şəhərində peşəkar qol güləşi liqasının final mərhələsinin seçim turunda 3 qızıl medal qazanıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təmsilçilərimizdən Azər Məhərrəmov (115 kq), Ağaseyid Aslanov (105 kq) və Toğrul Şahlarlı (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İdmançılarımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq final mərhələsində dünyanın ən güclüləri ilə mübarizə aparacaqlar.
Şərhlər