Xəbər lenti

İHH Xocalı ilə bağlı hesabat hazırladı
Dünya14:10 26.02.2014

İHH Xocalı ilə bağlı hesabat hazırladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif dövlətlərində tədbirlər davam edir. 

Bu gün ilə bağlı mühüm addımlardan birini də Türkiyədə İHH İnsani Yardım Vəqfi gerçəkləşdirib. 

Fevralın 22-də İstanbulda İHH başqanı Bülent Yıldırımın rəhbərlik etdiyi İHH “22-ci ilində Xocalı qətliamı” adlı özəl hesabat yayınlayıb. Bu barədə “Yeni Müsavat”a tədbirdə iştirak edən azərbaycanlı jurnalist, Azermedia.az araşdırma qrupunun rəhbəri Aqil Ələsgər məlumat verib. 

Jurnalist bildirib ki, hesabatda Xocalı soyqırımı ilə bağlı müxtəlif sənədlərə və şahidlərin ifadələrinə yer verilib. Eyni zamanda sənəddə Dağlıq Qarabağ probleminin yaranma səbəbi, Xocalıda yaşananlar, beynəlxalq hüquq acısından yaşananlara toxunulmuşdur. 

Jurnal şəklində çap olunan hesabatın hazırlanmasında jurnalist Aqil Ələsgər yaxından iştirak edib. Bu səbəbdən də 26 fevral tarixində İHH-nın mərkəzi ofisində İnsani və Sosial Araşdırmalar Mərkəzinin direktoru Əhməd Əmir Dağ tərəfindən A.Ələsgər diplomla təltif edilib. Əhməd Əmir Dağ bundan sonra da Xocalı ilə bağlı fəaliyyətlərini davam etdirəcəklərini bildirib. Aqil Ələsgər Əhməd Əmir Dağ ilə yanaşı İHH başqan vəkili Hüseyin Oruç ilə də görüşüb. Qeyd edək ki, İHH Qarabağ savaşı zamanı Azərbaycana ciddi xeyriyyə yardımları göstərən azsaylı təşkilatlardan biridir.

Qaynar.info