Xəbər lenti

II Elizabet
Dünya 20:53 16.11.2025

II Elizabet "Mеgxit"i dayandırmaq üçün Meqan Markla nə təklif edib?

Meqan Markl illər sonra ekrana ilk dönüşünü edir və bunu məhz mərhum kraliça II Elizabetin ona bir zamanlar verdiyi məsləhətə uyğun şəkildə edir.

Qaynarinfo-nun məlumatına görə, "Radar Online" bu barədə mərhum şahzadə Diananın saray qulluqçusu olmuş Pol Barrelə istinadən yazıb. 

Onun sözlərinə görə, 2020-ci ildə kraliça Sasseks hersoquna şəxsi təklif edib, onu və Şahzadə Harrini kral ailəsindən ayrılmaqdan çəkindirməyə çalışıb.

"Əgər istəsən, aktyorluq karyeranı davam etdirə bilərsən", deyə mərhum kraliça Markla təklif edib.

Məlumata görə, II Elizabet Meqanın yeni krallıq ailəsi həyatının necə çətinlik yaratdığını görüb və aktyorluğun onun şəxsiyyətinin bir hissəsi olduğunu düşünərək, bu fəaliyyətin monarxiya çərçivəsində ona daha inamlı olmağa kömək edə biləcəyini düşünüb. 

Barrell həmçinin vurğulayıb ki, kraliça Meqanı sarayda ilk aylarda səmimi şəkildə dəstəkləməyə çalışıb, amma nəsil fərqi Harri və həyat yoldaşı Meqanı tam anlamasını çətinləşdirib.

İndi bu hadisədən beş il sonra, Meqan "Close Personal Friends” filmində "Cameo" rolunu qəbul edib və özünü oynayacaq. Bu, onun 2018-ci ildə "Suits” serialı və Harri ilə evliliyindən sonra ilk roludur.

Qeyd edək ki, "Megxit" şahzadə Harri və Meqan Marklın 2020-ci ilin yanvarında Britaniya kral ailəsinin yüksək üzvləri kimi rolundan imtina etməsinə verilən məşhur addır. Cütlük maliyyə müstəqilliyi, saray təzyiqi olmadan həyat və kral vəzifələri xaricində işləmə imkanını istədiklərini açıqlayıb. Onların çıxışı qlobal qalmaqal yaratmışdı.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->