İraqın baş naziri Məhəmməd Şia əl-Sudani bu ölkədə İŞİD terror qruplaşmasının lideri Casim əl-Mazrui Əbu Abdel Qədirin məhv edildiyini açıqlayıb.
Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
"İŞİD terror təşkilatının "İraq əmiri"nin məhv edilməsi münasibətilə hörmətli xalqımızı təbrik edirəm", deyə baş nazir bildirib.
Həmçinin, onun sözlərinə görə, bu terror qruplaşmasının daha 8 yüksək rütbəli komandiri məhv edilib.
Sentyabrın sonunda məlum olub ki, ABŞ və İraq hökuməti 2025-ci ilin sentyabrına qədər İŞİD-ə qarşı mübarizə üzrə qlobal koalisiya "Inherent Resolve" missiyasını dayandırmaq barədə razılığa gəliblər. Sənədə əsasən, Vaşinqton və Bağdad İraq qüvvələrini dəstəkləyəcək və terror qruplaşmasına təzyiqi davam etdirəcək şəkildə ikitərəfli təhlükəsizlik tərəfdaşlığına keçəcəklər.
ABŞ qoşunları İraqa ilk dəfə 2003-cü ildə Səddam Hüseynə qarşı müharibə zamanı daxil olub. Sonradan onların sayı azalıb. 2011-ci ildə hərbi əməliyyatlar rəsmi başa çatdıqdan sonra İraqda yalnız özəl hərbi şirkətlərin nümayəndələri olub. 2014-cü ildə Ərəb Respublikasının hakimiyyəti ölkənin 1/3-ni işğal edən İŞİD-lə müharibəyə başlayıb. ABŞ qoşunlarının da daxil olduğu beynəlxalq koalisiya ərazinin azad edilməsi əməliyyatında hakimiyyətə dəstək verib.
Aydın
Şərhlər