Dünya su uğrunda böyük müharibəyə doğru gedir.
Qaynarinfo.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Roma Papası Fransisk deyib.
Papa bir çox ölkədə su probleminə diqqət çəkib.
“Su uğrunda III Dünya müharibəsinə doğrumu gedirik? Bəzən bu haqda düşünürəm. BMT-nin hesabatları insanı sarsıdır. Sudan keçən xəstəliklərə görə hər gün dünyada 1000 uşaq ölür. Milyonlarla insan çirkli su içir”, - deyə o bildirib.
Qaynarinfo.Az