Xəbər lenti

İkardi rəsmən "Qalatasaray"da - Maaşı və transfer qiyməti açıqlandı
İdman11:53 30.07.2023

İkardi rəsmən "Qalatasaray"da - Maaşı və transfer qiyməti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qalatasaray" argentinalı ulduz futbolçu Mauro İkardinin transferini rəsmən açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, İkardinin transferi üçün PSJ-yə 10 milyon avro ödəniləcək. Məbləğ Paris klubuna 4 mövsüm ərzində veriləcək.
İkardi özü 3 mövsüm komandanın formasını geyinəcək və hər mövsüm üçün 6 milyon avro maaş alacaq.
Xatırladaq ki, ötən mövsümü futbolçu icarə əsasında "sarı-qırmızılar"ın heyətində keçirib. Argentinalı 24 oyunda 22 qol vurub, 7 məhsuldar ötürmə edib. O, Super Liqa tarixində "Qalatasaray"da ardıcıl 7 qol vuran ilk futbolçu olub.
Aydın