Xəbər lenti

İkardi zəlzələdən sağ çıxan
İdman 14:37 10.02.2023

İkardi zəlzələdən sağ çıxan "Qalatasaray" azarkeşini belə sevindirdi (FOTO)

"Qalatasaray”ın ulduz hücumçusu Mauro İkardi dağıntılar altından sağ çıxarılan Kadir adlı "Qalatasaray" azarkeşi üçün sosial media hesabından paylaşım edib.

Qaynarinfo-nun məlumatına görə zəlzələdə dağıntılar altında qalan və 87 saat sonra hayatı xilas edilən azarkeş İkardinin imzalı forma istəyini həkiminə çatdırmışdı. Argentinalı onun bu istəyinə biganə qalmayıb və Kadiri sevindirəcək xəbəri sosial media hesabında paylaşıb.

Futbolçu İnstaqramda yayılan fotoya "Balaca Kadir, ümid edirəm səni tezliklə görəcəyəm ki, formanı hədiyyə edim və səni qucaqlaya bilim" sözləri ilə şərh yazıb. 

"Qalatasaray”ın sponsoru "Tunç Holdinq”in prezidenti Dinçer Azaphan da gənc azarkeşə öz lojasından yer hədiyyə verməyi təklif edib.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->