İsveçin mebel nəhəngi "IKEA" kütləvi ixtisarlara hazırlaşır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 7500 işçinin ixtisarı gözlənilir. Təkcə İsveçdə 650 nəfər işini itirmək təhlükəsi ilə üz-üzədir.
Dünyanın 30 ölkəsində 300-dən çox mağazası olan "IKEA" 160 min işçiyə sahibdir. Şirkət açıqlama verərək ixtisarlardan sonra 11500 yeni vakansiyanın elan ediləcəyini açıqlayıb. Dəyişikliklər şirkət daxilində digitallaşma prosesi ilə əlaqələndirilir.
Gülşən