İsveç mebel şirkəti IKEA Rusiyadakı işini azaltmaq üçün "çətin bir qərar" qəbul etdiyini deyib.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, şirkət buna səbəb kimi dünya üzrə tədarük zəncirlərinin əhəmiyyətli dərəcədə pisləşməsini
göstərib.
"Bunu nəzərə alaraq, biz yaxın gələcəkdə satışın bərpası üçün hər hansı imkan görmürük, - şirkətdən bildiriblər. - Nəticədə, Inter IKEA və Ingka qrupu indi IKEA-nın Rusiya və Belarusdakı biznesini daha da az azaltmağın yeni mərhələsinə daxil olmaq qərarına gəliblər".
Mart ayında IKEA müvəqqəti olaraq mağazalarını bağlamış və Rusiyada satınalmanı dayandırmışdı, ancaq işçilərin maaşını verməyə davam edirdi.
"Təəssüf ki, vəziyyət yaxşılaşmayıb və dağıdıcı müharibə davam edir. Dünyadakı müəssisələr və təchizat zəncirləri ağır zərbəyə məruz qalıb və biz fəaliyyəti tezliklə bərpa etmək imkanı görmürük”,- şirkətin açıqlamasında deyilir.
IKEA işçi qüvvəsini azaldacaq və ölkədəki dörd fabrikinin hamısını satmaq üçün "prosesə başlayacaq”.
Nurlan Hüseynov
Şərhlər