Xəbər lenti

İki diktatorun yazışması: “Sülh və rifah”
Dünya18:09 12.03.2015

İki diktatorun yazışması: “Sülh və rifah”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali Koreya lideri Kim Çen İnin suriyalı həmkarı Bəşər Əsədə göndərdiyi məktub cavablandırılıb. 

Axar.az xəbər verir ki, Əsəd cavab məktubunda ölkəsinin haqlı mübarizəsində Suriya xalqını müdafiə edən koreyalı liderə və xalqına təşəkkür edib. Bundan başqa Dəməşq rəhbəri Şərqi Asiyadan Qərbi Asiyaya uzanan dostluq körpüsünü yüksək qiymətləndirib:   "Suriya xalqı ölkə daxilində və xaricdə düşmən qüvvələrin meydan oxumasına qarşı döyüşdə qələbə qazanacaq. Suriyanın bu haqlı iddiasında dostcasına iştirak edən Koreya Xalq Demokratik Respublikasına təşəkkür edirəm”.   Əsəd məktubunda Kim Çen İnə sağlam və xoşbəxt bir ömür, Koreya xalqına isə rifah və inkişaf arzu edib.   Xatırladaq ki, martın 8-də Şimali Koreya lideri Suriya Ərəb Respublikasının yaradılmasının 52-ci ildönümü münasibəti ilə Bəşər Əsədə təbrik məktubu göndərmişdi.

Qaynar.info