
Səudiyyə Ərəbistanı hökuməti İranı ölkəsində casusluq şəbəkəsi yaratmaqda günahlandırıb.
Qaynar.info "RİA Novosti"yə istinadən xəbər verir ki, Səudiyyə hökumətinin dərc etdiyi rəsmi sənəddə belə deyilir: "İfşa olunmuş 18 nəfərdən ibarət casusluq şəbəkəsinin İran xüsusi xidmət orqanları tərəfindən istiqamətləndirildiyi və idarə olunduğu aparılan araşdırmalar və istintaq nəticəsində sübuta yetirilib".
Xatırladırıq ki, mart ayının 20-də ifşa olunmuş casusluq şəbəkəsinin üzvlərindən biri iranlı, biri livanlı, digər 16 nəfəri isə səudiyyəlidir.
İran tərəfi öz növbəsində Səudiyyə Ərəbistanının bütün ittihamlarını rədd edib.
Qaynar.info