
Qızlardan birinin anası dava zamanı Azərbaycandan olan oğlanı döyüb.
Qazaxıstan parlamentinin deputatı Svetlana Romanovskaya Türkiyə kurortlarından birində azərbaycanlı oğlana görə bir-birini qana bulayan iki qazax qızı haqda yazıb.
Qaynar.info Virtualaz.org-a istinadən xəbər verir ki, Romanovskaya Facebook səhifəsində bildirib: “Azərbaycandan olan oğlana görə bizim ölkəmizdən olan iki qızın bir-biri ilə qan axana qədər necə dalaşdıqlarını müşahidə etdim...Polis çağırdılar...Ümumiyyətlə!!!! Bütün otel 4 gündür ancaq bu haqda danışır və yazır”.
Deputatın statusunda deyilir ki, dalaşan qızlardan birinin anası dava zamanı Azərbaycandan olan oğlanı döyüb.
“Mən də bu qırğını dayandırmağa çalışdım”, - Romanovskaya yazır.
Qaynar.info