Xəbər lenti

İlham Əliyev Çili Prezidentini təbrik etdi
Siyasət12:00 17.09.2020

İlham Əliyev Çili Prezidentini təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Sebastian Pinyera Eçenikeyə təbrik ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident,
Çili Respublikasının müstəqilliyinin 210-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çili xalqına əmin-amanlıq və rifah diləyirəm”.