Xəbər lenti

İlham Əliyev: “Terrorçunun dini, milliyyəti yoxdur”
Siyasət18:34 23.04.2013

İlham Əliyev: “Terrorçunun dini, milliyyəti yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Prezident Ilham Əliyev Bakıda keçirilmiş “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdırlar” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşüb. Dövlət başçısı Azərbaycanda məscid və dini yerlərin açıldığını, tarixi məscidlərin bərpa edildiyini vurğulayıb. 

Prezident, həmçinin, dünyada İslam ətrafında gedən proseslərə toxunub və islamofobiya meyllərindən narahat olduğunu diqqətə çatdırıb: “Təəsüf ki, bizim bütün səylərimizə baxmayaraq, dünyada narahatedici proseslər gedir. Antiislam təbliğatı, islamfobiya gedir. Biz nə qədər səy göstərsək də, kütləvi informasiya vasitələrində islamçılar kimi terminlərdən istifadə olunur. Terrorçuları islamçı adlandırırlar. Terrorçunun nə dini, nə milliyyəti yoxdur”.(anspress)