Xəbər lenti

İlham Əliyev təyyarə qəzasının səbəbləri ilə bağlı bir sıra faktları açıqladı
Siyasət 15:04 29.12.2024

İlham Əliyev təyyarə qəzasının səbəbləri ilə bağlı bir sıra faktları açıqladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı bir sıra səbəbləri açıqlayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısının sözlərinə görə, əlbəttə, son versiya qara qutular açılandan sonra bəlli olacaq.

"Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir”, - Prezident qeyd edib.

Prezident, eyni zamanda, deyib ki, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->