Xəbər lenti

İlham Əliyev və Nikol Paşinyan nə vaxt görüşəcək? (ŞƏRH)
Siyasət10:19 28.07.2022

İlham Əliyev və Nikol Paşinyan nə vaxt görüşəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim Mülki Müqaviləsi Partiyasının İdarə Heyətinin üzvü, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüşünün təşkili ilə bağlı danışıqlar gedir. O qeyd edib ki, iki ölkə rəhbərlərinin görüşünün keçirilməsi haqda danışıqlar getsə də, amma konkret vaxt məlum deyil. 
Xatırladaq ki, 44 günlük müharibədən sonra Əliyevlə Paşinyan bir neçə dəfə görüşüb. Görüşlərin təşkilatçısı qismində Moskva ilə yanaşı,  Avropa İttifaqı çıxış edir. Məhz Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə İlham Əliyevlə Paşinyan aprelin 6-ı və mayın 22-də Brüsseldə görüşüblər. 
Sözügedən məsələni Qaynarinfo-ya şərh edən siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, Ağacanyanın bəyanatına ciddi yanaşmalıyıq:
"Eduard Ağacanyan Paşinyana yaxın siyasətçidir. Vaxtilə Soros Fondunun icraçı direktorunun müavini vəzifəsində işləyib. O, Paşinyanın  dəstəsinin düşünən beyinlərindən biridir. Bu səbəbdən onun bəyanatlarına ciddi yanaşmaq lazımdır. Erməni tərəfi son bir neçə ayda  maksimum çalışır ki, qərarların qəbulundan boyun qaçırsın".
Həmsöhbətimiz düşünür ki, növbəti dəfə də hər hansı bir qərarın qəbulunu ləngitmək üçün ermənilər artıq liderlər səviyyəsində görüş ideyasını ortaya atırlar:
"Adətən, liderlər görüşəndə hansısa məsələləri ümumi olaraq razılaşdırırlar. Daha sonra isə işçi qruplar, nazirlər, şəxsi nümayəndələr səviyyəsində detallar müzakirə olunur və qərar qəbul edilir. İkinci formatda isə artıq hazırlıq işləri görülür və liderlər görüşməklə qərar qəbul edirlər. Onun şahidiyik ki, il yarımdan çox bir müddətdə liderlər dəfələrlə görüşüb. Həm, ikitərəfli, həm də üçtərəfli format çərçivəsində. Lakin buna baxmayaraq, qərarların qəbulunun şahidi olmamışıq. Növbəti görüşün hazırlanmasının məqsədinin nədən ibarət olduğu da məlum deyil. Çünki hazırlıq mərhələsi ancaq 3 saat davam edən XİN başçılarının Tiflis görüşündə olub. Ondan sonra İrəvan ordusunun qalıqlarını Qarabağdan çəkdiyini bəyan edib”. 
Amma ekspert növbəti görüşün olması üçün yuxarıda vurğulanan amilin kifayət etdiyini düşünmür:
"Burada daha əsaslı işlər aparılmalıdır ki, liderlər görüşüb, hər hansı bir qərar qəbul etsinlər”. 
Rüfət Sultan