1984-cü ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən Hambik Sasunyan bu yaxınlarda azad edilib və Ermənistana gəlib.
Bu gün məlum olub ki, polis Hambik Sasunyanı həbs edib.
Qaynarinfo Ermənistan mətbuatına istinadla xəbər verir ki, onun həbsinin səbəbi Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana müraciəti ilə bağlıdır.
H.Sasunyanın müraciətində aşağıdakı fikirlər yer almışdı:
"Nikol, ayıb olsun sənə, səndə 4 il əvvəl eyni addımları atmısan (məxməri inqlabı nəzərdə tutur- red.), indi niyə başqalarına da eyni addımı atmağa icazə vermirsən? Tüpürüm sənə, ayıb olsun, türklərdən heç bir fərqin yoxdur, satqın itsən. İlham Əliyevlə ilə kofe içirsən, kişi ol, gəl bizimlə iç o kofeni. Ayıb olsun sənə”- deyə müraciəət etmişdir.