Xəbər lenti

İlham Əliyevin Naxçıvan səfəri başlandı
Siyasət08:00 07.04.2014

İlham Əliyevin Naxçıvan səfəri başlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Qaynar.info Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin önündən keçib.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşüb.

Qaynar.info