"Bu məktub bir tərəfdən münasibətlərimizin yüksək səviyyəsini, eyni zamanda əlaqələrin daha da dərinləşməsi, genişlənməsi üçün yeni perspektivlərin olduğunu da göstərir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə yenidən həmin vəzifəyə seçilməsi münasibətilə ünvanladığı təbrik məktubunu şərh edərkən deyib:
"Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təbrik məktubu Bakı ilə bu nüfuzlu beynəlxalq təşkilat arasındakı münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir. Azərbaycan Prezidenti onu yenidən yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik etməklə yanaşı, eyni zamanda Bakı ilə Aİ arasındakı münasibətlərə dərin qiymət verib. Aİ-nin işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərində iştirakına dəstək vermək istəyini də ortaya qoyur. Burada qurumun yüksək nüfuzuna qiymət verməklə yanaşı, onun bu gün dünyada yeni münasibətlərin qurulması, təhlükəsizliyin təminində yüksək rolu da qiymətləndirilib. Təbrik məktubu Bakı ilə Aİ arasında sıx əlaqələrin olduğunu, bu əlaqələrin onlar arasında yeni sazişin hazırlanmasında böyük rol oynadığını bir daha göstərdi”.
Qeyd edək ki, İlham Əliyevin Şarl Mişelə məktubunda deyilir: "Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatdırılacaq və bu mühüm sənədin imzalanması ilə əməkdaşlığımız keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyacaqdır".
Rüfət Sultan