Xəbər lenti

İlham Namiq Kamal ilk dəfə Opera və Balet Teatrının səhnəsində
Sənət09:23 13.03.2017

İlham Namiq Kamal ilk dəfə Opera və Balet Teatrının səhnəsində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti dəfə Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" tamaşası keçiriləcək. 

Opera və Balet Teatrının  Mətbuat Xidmətindən "Qaynar"a verilən məlumata görə, son 20 il ərzində Opera və Balet Teatrının repertuarında möhkəm yer tutan tamaşanın özəlliyi ondadır ki, həmin gün tamaşada ilk dəfə Azərbaycan səhnəsinin istedadlı simalarından biri - Xalq artisti İlham Namiq Kamal Soltan bəy rolunda çıxış edəcək. 

Yarım əsrə yaxın bir müddətdə Azərbaycanın müxtəlif teatrlarının səhnələrində eyni zamanda televiziya ekranlarında parlaq obrazlar yaradan görkəmli sənətkarımızın opera səhnəsində də uğur qazanacaqdır. 

Tamaşada digər əsas rollarda xalq artistləri Fidan Hacıyeva (Asya), Gülyaz Məmmədova (Telli), əməkdar artistlər İnarə Babayeva (Gülçöhrə), Fərid Əliyev (Əsgər), Gülüstan Əliyeva (Xala), Ələkbər Əliyev (Vəli), aparıcı solist Tural Ağasıyev (Süleyman) çıxış edəcəklər. 

Tamaşanın dirijorların beynəlxalq müsabiqələrinin laureatı  Əyyub Quliyev idarə edəcəkdir. 

Qaynar.Az