Xəbər lenti

İlhamə: “Hadisə Elnur Hüseynova münsiflik edə bilməz”
Maqazin08:03 02.06.2016

İlhamə: “Hadisə Elnur Hüseynova münsiflik edə bilməz”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İllər öncə ölkəmizi Eurovision mahnı müsabiqəsində təmsil etmək üçün seçim turlarına qatılan İlhamə Qasımova artıq fikrindən daşınıb. 

Qaynarinfo.az xəbər verir ki, tez-tez işləri ilə bağlı olaraq xaricə səfər edən Qasımova  oxumağı yeni öyrənən şəxslərlə eyni seçim turlarına qatılmağa ehtiyacının olmadığını açıqladı:

“ Mən 9-10 ildir ki, səhnədəyəm, öz yaradıcılığım var. İndi siz düşünün mən gedib seçim turlarında gənc bir müğənni ilə oxumaq yarışı aparıram.Amma belə təklif edilsə, Eurovision da ölkəmizi böyük fəxrlə təmsil edərəm.Bizdən Elnur Hüseynov O Ses Türkiyə yarışmasında uğurla çıxış etdi və qalib oldu. Bu özü insanlarda maraq doğurdu. Amma Elnur artıq peşəkardır və Hadisə ona münsiflik edə bilməz. Etsə də, onun ifasında heç bir qüsur tapa bilməz.”

Qaynarinfo.az