Xəbər lenti

İdman 16:51 12.12.2023

İlin ən yaxşı futbolçusu mükafatına namizədlər açıqlandı

"Globe Soccer Awards” 2023-cü ilin ən yaxşı futbolçusu adına namizədlərin yekun siyahısını açıqlayıb.
 
Qaynarinfo-nun məlumatına görə, 11 oyunçu mükafata iddiasını davam etdirəcək.

Bunlar Cud Bellinqem, Vinisius Junior (hər ikisi "Real”, İspaniya), Kərim Benzema ("Əl-İttihad”, Səudiyyə Ərəbistanı), Kevin De Bruyne, Erlinq Haland, Bernardo Silva (hamısı "Mançester Siti”, İngiltərə), Kilyan Mbappe (PSJ, Fransa), Lionel Messi ("İnter Mayami”, ABŞ), Viktor Osimhen ("Napoli”, İtaliya), Məhəmməd Salah ("Liverpul”, İngiltərə) və Kriştiano Ronaldodur ("Əl-Nəsr”, Səudiyyə Ərəbistanı).

İlin futbolçusu 2024-cü il yanvarın 19-da açıqlanacaq.

2022-ci ildə bu mükafatı Fransa millisinin hücumçusu Kilian Mbappe qazanıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->