2020-ci ildə media və çap sənayesinin itkisi 100 milyard rubl (2276132860.49 azn) təşkil edəcək.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Rabitə nazirinin müavini Aleksey Volin mətbuat konfransında məlumat verib. O bildirib ki, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi media sahəsini koronavirus pandemiyası üzündən iqtisadiyyatın ən çox təsirlənən sektorları arasında təsnifləşdirmək tələbi ilə hökumətə müraciət edib.
Volin deyib ki, hazırda "qayçı" adlandırıla biləcək bir paradoksal vəziyyət yaranıb: media istifadəçilərinin sayı artır, əvəzində media gəlirləri kəskin azalır.
"Rəqəmlərə əsasən, bu gün reklam büdcələrində çox ciddi bir azalma görürük", - deyən Volin bunun federal və regional mediaya da aid olduğunu əlavə edib.
Onun sözlərinə görə, yerli radiolarda reklamlar artıq 80-90% azalıb.
Kağız mediada isə reklamın təxminən yarıya yaxın, yəni 7 milyard rubla düşəcəyi gözlənilir; kağız KİV-lərin saytlarında isə bu rəqəm təxminən 3-4 milyard olacaq.
Alpər