Almaniyadan ilk Gepard hava hücumundan müdafiə sistemləri Ukraynaya gəlib.
Qaynarinfo "Business-standart” saytına istinadla xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksey Reznikov məlum
verib.
"Bu gün ilk üç Gepard rəsmi olaraq gəlib. Bunlar zenit sistemləridir, onlar üçün on minlərlə patron almışıq", - "Ukrayinska Pravda" qəzeti nazirin sözlərindən sitat gətirib.
"Biz ilk 15 Gepard-ı gözləyirik. Onlardan üçü bu gün Ukraynaya çatıb. Onlar artıq Ukrayna Silahlı Qüvvələrinin sərəncamındadır", - Reznikov deyib.
Bu ayın əvvəlində Almaniya Ukraynaya göndərməyi planlaşdırdığı silahların siyahısında 30 Gepard hava hücumundan müdafiə sistemi yer alıb.
Nurlan Hüseynov