Özbəkistanın "ERK" müxalifət partiyasının fəalı Faxriddin Tillayevin evinə çılpaq bir qadın "qonaq gəlib". ANN.Az-ın "Uznews" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Tillayev özü xəbər verib.
İnsident avqustuin 23-ü baş verib. Axşam saat doqquz radələrində Tillayevin Çilanzar massivindəki (Daşkəndin cənub-qərbi) mənzilinin qapısı döyülüb. Qapını açanda müxalifətçi qonşusundakı qadının çılpaq vəziyyətdə olduğunu görüb. Qadın sərxoş imiş və qışqırırmış ki, onu zorlamaq istəyirlər. Dəhlizə qaçan qadının ardınca səs-küyə Tillayevin tanımadığı adamlar da toplaşıb.
Müxalifət fəalı deyib: "Görünür, bu adamlar düşünüblər ki, mən qadını incitmişəm və buna görə də özlərini pis aparıblar. Onlar oğlumun kompüterini və iki mobil telefonu sındırıblar". Bir qədər sonra qonşu qadının əri də gəlib və Tillayevin guya onun arvadını döydüyünü iddia edib. Qadın özü də bu "faktı" təsdiqləyib və deyib ki, tibbi ekspertizaya müraciət edəcək. Müxalifətçi qəzəblənmiş əri sakitləşdirə və ona məsələni olduğu kimi başa sala bilib. Bundan sonra kişi öz qadınını zorla evinə aparıb.
Tillayev yerli məhəllə komitəsinə hadisə bvarədə məlumat verib, amma orada söüzgedən qadının içki düşkünü olduğunu əsas gətirərək, heç bir ölçü götürməyiblər.
Hüquq müdafiəşiləri isə bunu Tillayeva qarşı təxribat hesab edirlər və bildirirlər ki, ictmai fəalları zərərsizləşdirmək üçün hakimiyyət tez-tez qadınlardan istifadə edir.