
İspaniyanın Barselona şəhərində yerli sakinlərin bir araya gəlib, xarici turistlərə qarşı dərdlərini paylaşması, bir müddət sonra geniş etiraz aksiyasına çevrilib.
Qaynar.info anspress-ə istinadən xəbər verir ki, ekspromt nümayişdə barsenolalılar sutkanın, demək olar ki, bütün saatlarında əhalinin rahatlığını pozan içkili və səs-küylü turistlərdən giley-güzar ediblər. Kefli turistlərin hər cür nalayiq davranışını görən sakinlərin səbr kasasını 3 İtaliya vətəndaşının şəhərdə çılpaq gəzintiyə çıxması daşırıb. Çılpaq turistləri fotoaparatı ilə çəkən Vinsent Forner turistlərin şəhərdə nə istədiklərini gizlətməyib. Katalon şəhəri üçün isə ən qorxulu yuxu küçənin ortasında bir içkili qadının əxlaqsız həvəskar videosunun çəkilməsi olub. Sakinlər baş verənlərə görə qanunsuz mehmanxanaların və hostellərin sahiblərini günahlandırır. Etirazçılar qeydiyyata alınmamış belə özəl müəssisələrə yürüş edərək turistlərə xidməti dayandırmalarını tələb ediblər.
Etirazçı Antebi artıq səbr kasasının daşdığını deyir: “Təsəvvür edin, kiçik bir mənzildə yaşayırsan, işsizsən, üç övladın var, məzuniyyətə çıxmağa belə pulun yoxdur. Bu azmış kimi qonşu mənzildə turistlərin çılğın şənliklərinə, səs-küy salmalarına dözməli olursan".
Barselona şəhər administrasiyasının rəhbəri vəziyyətin daha da böyüməməsi üçün etirazçılara nalayiq davranışlarda olan turistlərə qarşı “dözümsüzlük” siyasəti aparmağa söz verib. O, turistlərin səs-küy probleminin aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü bildirib.
Qaynar.info