
"REAL Hərəkatının sədri İlqar Məmmədov "karser"dən çıxarılıb."
Qaynar.info xəbər verir ki, bu barədə məlumatı REAL hərəkatının icra katibi Natiq Cəfərli verib.
Natiq Cəfərli bildirib ki, bu gün səhər REAL Hərəkatının sədri İlqar Məmmədov "karer"dən çaxarıblar:"Bu işdə əməyi keçən, məsələyə anında reaksiya verən Ombudsman Aparatına, şəxsən Elmira xanıma təşəkkür edirəm. İşçi qrupunun bəzi üzvləri də bu məsələ ilə ciddi məşğul olublar, onlara da təşəkkürümü bildirirəm."
Natiq Cəfərli daha sonra qeyd edib ki, İlqar Məmmədovla telefnla danışıblar, hər şey qaydasındadır, gümrahdır, narahat olan bütün dostlara salamlarını çatdırdı.
Xatırladaq ki, İlqar Məmmədov Mayın 14-də "karser"ə salınmışdı. Onun nə səbəbdən "karser"ə salınması deyilmirdi.
İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda baş verən etiraz aksiyalarına görə 7 il azadlıqdan məhrum edilib. O, kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə təqsirli bilinib.
Yerli və beynəlxalq hüquq müdafiəçiləri İlqar Məmmədovun həbsini siyasi sifariş hesab edir. Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun dərhal azadlığa buraxılması və hakimiyyətin ona təzminat ödəməsi barədə qərar çıxarıb.
Elkin Xəlilov
Qaynar.info