"İlyas İsmayılovun səhhətində müxtəlif və fərqli problemlər olduğu məlumdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib. O bildirib ki, həkimlər İlyas İsmayılovun sağlamlığına qovuşması üçün əlindən gələni edir:
"İlyas müəllim ötən ilin dekabr ayından Mərkəzi Kliniki Xəstəxanada müalicə alır. Ancaq bununla belə, İlyas müəllimin vəziyyəti bizim arzu etdiyimiz kimi yaxşı deyil. Müalicə aldiğı müddətdə bir neçə dəfə reanimasiyaya yerləşdirilib”.
Mütəllim Rəhimli həkimlərlə mütəmadi təmasda olduğunu qeyd edib:
"Müvafiq məlumatları alırıq, İlyas müəllimə baş çəkirik. Ümid və dua edirik ki, İlyas müəllim tezliklə sağalsın və xəstəxananı tərk etsin”.
Qeyd edək ki, Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhətində problemlər yaranıb. Həkimlər ona insult diaqnozu təyin edib.
Bahar Rüstəmli
Şərhlər