Şimali Koreya bazar günü səhər saatlarında şərq sahillərindən 8 kiçik ballistik raket atıb.
Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər
verir.
Məlumata görə, Cənubi Koreya ordusu Pyongyang yaxınlığında yerləşən Sunan rayonundan bazar günü saat 9:08-dan saat 9:43-dək şərq sahillərinin yaxınlığında raket buraxılmasının qeydə alındığını açıqlayıb.
Bu addım üç günlük ABŞ-Cənubi Koreya təlimləri başa çatdıqdan sonra atılıb.
Şimali Koreya bu il ərzində 24 ballistik raket atıb.
Şimali Koreya nüvə silahının yaradılması proqramı səbəbilə ABŞ və BMT-nin sərt sanksiyaları altındadır. Pxenyan Birləşmiş Ştatlar və BMT uzun müddətli danışıqlar aparıb, lakin bütün səylər Şimali Koreya liderini ölkəsinin nüvə proqramını dayandırmağa razı salmayıb.
M.Arif