"Biyond Parallel" analitik saytı yeni peyk şəkillərinin yayımlanması ilə Şimali Koreyanın növbəti nüvə sınağına hazırlaşma ehtimalını açıqlayıb.
Qaynarinfo bu barədə "Beyondparallel"ə istinadən xəbər
verir.
14 iyun 2022-ci ildə əldə edilmiş peyk görüntüləri Punggye-ri Nüvə Sınaq Qurğusunun və onun portallarının müşahidə edilə bilən fəaliyyəti haqqında məlumat yayımlanıb.
Bu görüntülər ölkənin şimal-şərqindəki sınaq meydançasında iki tunel ətrafında yeni tikinti fəaliyyətini göstərir.
Məlumata görə, 3 nömrəli tuneldə təxminən dörd ay əvvəl başlayan təmir və hazırlıq işləri görünürdü, indi isə işlər başa çatıb və tez-tez təxmin edilən yeddinci nüvə sınağına hazırdır.
4 saylı Tuneldə isə yeni tikinti fəaliyyəti qeyd olunur ki, bu da gələcəkdə potensial sınaq üçün onu yenidən işə salmaq yolunda səy göstərildiyini göstərir.
Qeyd edilir ki, əsas idarədə obyektin daha da aktivləşdirilməsi, yeni binaların tikintisi və ya mövcud binaların yenilənməsi üçün iş getdiyi müşahidə edilir.
İndi isə bu ölkənin yeddinci nüvə sınağının vaxtı yalnız Kim Çen Inın əlindədir.
M.Arif