Xəbər lenti

Şimali Koreya Ukraynadakı qondarma respublikaları tanıdı
Dünya14:14 13.07.2022

Şimali Koreya Ukraynadakı qondarma respublikaları tanıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 13-də Koreya Xalq Demokratik Respublikası (KXDR) Ukraynadakı separatçı rejimləri - "DXR” və "LXR”i tanıyıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qondarma Donetsk Xalq Respublikasının tanınmasını "DXR”in rəhbəri Denis Puşilin elan edib. DXR-in Rusiyadakı "nümayəndəliyi" bildirib ki, respublikalar "diplomatik münasibətlərin qurulması üçün gələcək addımlar” barədə razılığa gəliblər. 
Həmçinin bildirilib ki, KXDR səfiri "DXR”in Rusiyadakı "səfiri"nə respublikanın tanınması haqqında sənəd təqdim edib.
Həmin gün KXDR-in Moskvadakı səfirliyi Pxenyanın "LXR”i tanıdığını təsdiqləyib.
Nizami