Xəbər lenti

Şimali Koreya Ukraynanın işğal olunmuş ərazilərinə mühəndis qoşunları göndərəcək
Dünya 13:37 27.06.2024

Şimali Koreya Ukraynanın işğal olunmuş ərazilərinə mühəndis qoşunları göndərəcək

Şimali Koreya bu ilin iyulunda işğal olunmuş Donetsk vilayətində "bərpa işlərində” iştirak etmək üçün hərbi tikinti və mühəndis qüvvələrini göndərəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreyanın "TV Chosun” telekanalı Cənubi Koreya rəsmisinə istinadən məlumat yayıb.

Cənubi Koreya artıq iyulun əvvəlində işğal olunmuş Donetsk vilayətinə Şimali Koreyanın böyük mühəndis qüvvələrinin göndərilməsini gözləyir.

Bu qüvvələr işğal olunmuş Donetskdə "infrastrukturun bərpasına” kömək etməli olacaqlar.

Şimali Koreya ordusunun 10 mühəndis briqadası var və Chosun TV-nin hesablamalarına görə, Şimali Koreya işğal olunmuş Ukraynaya üç və ya dörd mühəndis briqadası göndərərsə, Rusiyadan hər il 115 milyon dollara qədər pul ala bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->