Şimali Koreya hakimiyyəti xaricdə olan ölkə vətəndaşlarına vətənlərinə qayıtmağa icazə verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat
yayıb.
Şimali Koreyanın sərhədləri üç ildən çoxdur ki, sərt koronavirus məhdudiyyətləri səbəbindən bağlanıb. Ölkənin Fövqəladə Halların və Epidemiyaların Qarşısının Alınması üzrə Dövlət Qərargahının məlumatına görə, ətrafda pandemiya ilə bağlı vəziyyətin zəifləməsilə əlaqədar olaraq, epidemiyaya qarşı müdafiə səviyyəsinin dəyişdirilməsi qərara alındığı üçün indi dünyanın müxtəlif yerlərindəki ölkə vətəndaşları geri qayıda bilər. Bildirilir ki, qayıdanlar bir həftə ərzində karantin şöbələrində həkim nəzarətində olacaqlar.
Avqustun 16-da Yonhap Xəbər Agentliyi Şimali Koreyanın koronavirus pandemiyası səbəbindən 2020-ci ilin əvvəlindən bağlı olan sərhədlərini tezliklə aça biləcəyini bildirib. Sonra dəqiqləşdirilib ki, avqustun 16-da səhər saatlarında iki avtobus Şimali Koreyadan qonşu Çinə yola düşüb. Avtobuslar Sinuiju şəhərindən Dandonq şəhərinə hərəkət edərək, Amnokkan çayı üzərindəki körpüdə sərhədi keçiblər.
Şimali Koreya COVID-19 pandemiyası fonunda özünü dünyadan tamamilə təcrid edən ilk dövlət olub. Pxenyan sərhədlərini 2020-ci ilin əvvəlində, virusun Çində yayılması ilə bağlı məlumatlar ortaya çıxanda bağlayıb. Məhdudiyyətlər diplomatların və BMT əməkdaşlarının işini çətinləşdirib, onlar rotasiya edə bilmədikləri üçün ölkəni tərk etməli olublar.
Aydın
Şərhlər