Xəbər lenti

Şimali Makedoniya Ukraynaya 4 ədəd Su-25 bağışladı
Dünya17:49 04.08.2022

Şimali Makedoniya Ukraynaya 4 ədəd Su-25 bağışladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Makedoniya ordusu Ukrayna ordusuna 4 ədəd Su-25 hücum təyyarəsi bağışlayıb. Təyyarələr, çatdırılmaq üçün ukraynalı mühəndislər tərəfindən hazırlanıb.
Bu barədə RBC-Ukrayna MKD nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Makedoniyanın 2001-ci ildə Ukraynadan dörd milyon avroya aldığı dörd Su-25 Ukrayna Silahlı Qüvvələrinə qaytarılıb.
Eyni zamanda, Ukraynaya çatdırılmazdan əvvəl hücum təyyarələri ukraynalı mühəndislər tərəfindən təmir edilib və yoxlanılıb.
MKD Şimali Makedoniya Müdafiə Nazirliyindən hücum təyyarələrinin ötürülməsi ilə bağlı məlumatın etibarlılığını aydınlaşdırmağa çalışsa da, dəqiq cavab verilməyib.
"Bütün qərarların (təyyarələrin Ukraynaya verilməsi ilə bağlı - red.) dəqiq təfərrüatları, onların məzmunu və izahatları məxfilikdən çıxarılaraq dərc olunacaq. İndiyədək qəbul edilmiş qərarlar ordumuzun döyüş hazırlığını aşağı salmır", - nazirlik bildirib.
Nizami Bağırov