Xəbər lenti

İmam Əlinin məzarı təhlükədə - FOTOLAR
Dünya12:51 30.06.2014

İmam Əlinin məzarı təhlükədə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəhhabilər İmam Əlinin məzarını dağıtmaq üçün hücuma hazırlaşır

İraqda radikal sünni yaraqlılar Samarra şəhərini ələ keçirməyə çalışır.

Dünya şiələrinin əsas ziyarətgahlarından olan “əl-Əsgəri” məscidi bu şəhərdə yerləşir.

10-cu imam Əli əl-Naqi və 11-ci imam Həsən əl-Əsgərinin qəbri “əl-Əsgəri” məscidindədir. Məscid həm də onların mavzoleyidir.

Sünni yaraqlıların cəmləşdiyi “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı təşkilat indiyəcən tutduğu şəhərlərdə bir sıra şiə ziyarətgahlarını dağıdıb. 

Onlar bu ziyarətgahları İslama zidd sayırlar.

2006-cı ildə “əl-Qaidə”yə bağlı terrorçular məsciddə partlayış törədib qızıl günbəzi dağıtmışdılar. 2007-ci ildə isə məscidin minarələri də partladılmışdı.